ELM

Süni intellektin IQ-sü getdikcə aşağı düşür - Kurçatov institutunun rəhbəri

Mixail Kovalçukun fikrincə, indi elmin qarşısında “əvvəlkilərdən daha istedadlı” yaradıcı insanlar yetişdirmək vəzifəsi durur.
Sputnik
BAKI, 12 oktyabr - Sputnik. Süni intellektin intellekt əmsalı (IQ) tədricən aşağı düşür.
RİA Novosti-nin yaydığı məlumata görə, bu fikri Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk səsləndirib.
O, OMR-2024 Arktika və kontinental şelfinin inkişafı üçün gəmiqayırma və yüksək texnologiyalı avadanlıqların inkişafı üzrə beynəlxalq sərgi və konfransda açıq mühazirə ilə çıxış edib.
"Rusiya elminin inkişafında bizim prioritetlərimiz yüz illərdir ki, eyni olub. Birincisi həmişə başdır, intellektdir. Süni intellekt isə o deyil, çünki onu biz öyrədirik. Bu gün süni intellektin İQ-də azalma var - niyə? Çünki əvvəlcə bunu ağıllı adamlar öyrətdi, sonra isə hər cür qəribə adamlar öyrətməyə başladılar.
Ona görə də onun səviyyəsi onu öyrədən insanların intellektini əks etdirir, bu mühüm haldır”.
Onun qiymətləndirməsinə görə, indi rus elmi qarşısında “əvvəlkilərdən daha istedadlı” yaradıcı insanlar yetişdirmək vəzifəsi durur.