ELM

Planetimizdəki vəhşi heyvanların sayı son 50 il ərzində 73% azalıb

Vəhşi heyvanların sayının azalmasının əsas səbəbi insan fəaliyyətidir.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. 1970-ci ildən 2020-ci ilə qədər monitorinq edilən vəhşi heyvan populyasiyalarının azalması 73%-ə çataraq "dönüş olmayan nöqtəsinə" yaxınlaşıb.
Bu barədə London Zooloji Cəmiyyəti (LZC) məlumat yayıb.
Məqalədə qeyd olunub ki, ən pis vəziyyət Latın Amerikası və Karib hövzəsi hövzələrindədir. Burada populyasiyanın sayı 50 il ərzində 95% azalıb.
Afrikada da çətin vəziyyət qeydə alınıb: orada vəhşi heyvanların sayı 76% azalıb.
Asiya və Sakit Okean regionunda azalma 60%, Şimali Amerikada 39%, Avropada 35% təşkil edib.
Ekspertlər hesab edirlər ki, vəhşi heyvanların sayının azalmasının əsas səbəbi insan fəaliyyətidir.
Qeyd olunub ki, bu tendensiya qlobal istiləşmə və bir çox növlərin təbii yaşayış mühitinin məhv olması səbəbindən də sürətlənə bilər.
Bundan əvvəl BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəhbəri Cim Ski qlobal istiləşmə zamanı Cənubi Avropa ölkələrində səhra ərazilərinin görünməyə başlayacağını bildirmişdi.
Alimlər isə Yerin biosferində və iqlimində baş verəcək dəyişiklikləri proqnozlaşdırmaq üçün riyazi model də yaradıblar.