NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb

“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 79,04 ABŞ dolları təşkil edib.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik.Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,31 % artaraq 80,63 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 79,04 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
23.09.24, 11:10
Neft qiymətləri Yaxın Şərqdə eskalasiya narahatlığı ilə yüksəlir
Yaxın Şərqdə artan münaqişənin tədarükü azalda biləcəyi və ABŞ-nin keçən həftə uçot dərəcəsini aşağı salmasının tələbi dəstəkləyəcəyi ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bahalaşıb.
"Brent" markalı neft 60 sent artaraq 75,09 dollar, ABŞ-nin Qərbi Texas nefti 64 sent artaraq 71,64 dollar olub. Neft qiymətləri ardıcıl ikinci həftədir ki, bahalaşır. ABŞ-də faiz dərəcəsinin endirilməsi və "Fransin" qasırğasından sonra neft qiymətləri yüksəlib.
Analitiklərin fikrincə, neft qiymətləri keçən həftə ABŞ-də uçot dərəcəsinin aşağı salınması fonunda 4%-dən çox artsa da, ən böyük neft idxalçısı Çində zəif tələb əhval-ruhiyyəsi yüksəlişi məhdudlaşdırır.
Sentyabrın 18-də ABŞ Federal Ehtiyat Sistemi (FED) 2020-ci ildən bu yana ilk dəfə uçot faiz dərəcəsini endirib. FED gözlənildiyi kimi uçot faiz dərəcəsini 5.50%-dən 5.25%-ə endirib. Bu da iqtisadçıların proqnozuna uyğundur. Qərar ABŞ-da iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan nefti 34 sent azalaraq 77,86 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.