BAKI, 12 oktyabr — Sputnik. ABŞ-lı iş adamı, "X" sosial şəbəkəsinin, Starlink və Teslanın sahibi İlon Mask BMT-ni tənqid edərək bildirib ki, onun beynəlxalq arenada təsiri minimuma endirilməlidir.
Bu barədə o, X* sosial şəbəkəsində yazıb.
"BMT-nin təsir gücü minimuma endirilməlidir" – Mask deyib.
Bundan əvvəl İlon Mask Macarıstanın baş naziri Viktor Orbanın qanunsuz miqrantların Brüsselin mərkəzinə göndərilməsi təklifini dəstəkləyib. O, Orbanın təşəbbüsünü "yaxşı ideya" adlandırıb.
Həmçinin bildirilib ki, ABŞ Məxfi Xidməti Maskın sosial şəbəkələrdə dərc olunan məqaləsindən sonra ABŞ-ın hazırkı Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris üçün təhdid olub-olmadığını yoxlayır.
* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiyada Baş Prokurorluğun tələbi ilə bloklanıb.