HƏRBİ

Azərbaycan hərbçilərinə Türkiyədə alpinizm təlimləri keçilir

Türkiyənin Dağ, Desant Məktəbi və Təlim Mərkəzi tərəfindən dəvət olunmuş Azərbaycan qonaq hərbi personalına "Alpinizm təlimi" keçirilib
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”dəki səhifəsində məlumat yayıb.
"Türkiyənin Dağ, Desant Məktəbi və Təlim Mərkəzi tərəfindən dəvət olunmuş Azərbaycan qonaq hərbi personalına "Alpinizm təlimi" keçirilib" - məlumatda deyilir.
18.01.24, 18:22
Azərbaycan hərbçilərinə həyatda qalma təlimləri keçirilir
Azərbaycan hərbçilərinə Türkiyədə həyatda qalma və qaçıb xilas olma təlimləri keçirilir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti iştirak edir.
Təlimlərdə "Fövqəladə Paraşüt Təməl Kursu", "Uçuşda sağ qalma kursu" və "Döyüşdə sağ qalma və qaçışda sağ qalma" kursları keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HƏRBİ
Azərbaycan komandoları şərti düşmən qruplaşmasını zərərsizləşdirib