BAKI, 11 oktyabr — Sputnik. Yaxın Şərq münaqişəsinin genişlənməsi Qərb dövlətlərinin Ukraynadakı mövqeyinə mənfi təsir göstərir.
Bunu Serbiya lideri Aleksandar Vuçiç bildirib.
Bu bəyanat "Pink" telekanalının efirində verilib.
"Ukraynadakı vəziyyət Qərb üçün pisləşməyə davam edəcək. Əgər Yaxın Şərqdə münaqişə inkişafda davam edərsə, İsraili qorumaq üçün Yaxın Şərqə maliyyə sərmayələri on dəfə çox olacaq. Bu, rusiyalıların irəliləməsini asanlaşdıracaq" - Vuçiç bildirib.
O, Qərb dövlətlərinin Rusiya Federasiyasına zərər vermək niyyətində olduğunu, lakin hər şeyin onlara "bumeranq kimi geri dönəcəyini" vurğulayıb.
Vuçiç bundan əvvəl Ukraynadakı münaqişənin daha on il davam edəcəyini bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin