DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vasserman: Avropada Zelenskinin ləğvi üçün şərait yaradıla bilər

Vasserman onu da bildirib ki, döyüşlər dayanan kimi Zelenskinin siyasi, hətta fiziki varlığının son günləri üçün geri sayım başlayacaq. Avropada o, əlbəttə ki, kimsəyə lazım olmayacaq.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropa Ukrayna Prezidenti Vladimir Zelenskidən qurtula bilər, amma bu, avropalıların əli ilə olmayacaq.
Bu barədə "Aif.ru"ya Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman məlumat verib.
"Döyüşlər dayanan kimi Zelenskinin siyasi, hətta fiziki varlığının son günləri üçün geri sayım başlayacaq. Avropada o, əlbəttə ki, kimsəyə lazım olmayacaq. Çətin ki, onlar onu özləri öldürəcəklər, lakin hər kəsin onu öldürməsi asan olacağı şərait yaratmaq heç vaxt çətin olmayıb" - deputat bildirib.
Vasserman onu da bildirib ki, hərbi əməliyyatlar dayandırılsa, ukraynalı nasistlər Zelenskini xəyallarının növbəti uğursuzluğunun günahkarı hesab edərək onu öldürməyə çalışacaqlar.
İtaliyanın "Corriere della Sera" qəzeti yazıb ki, Kiyev ABŞ hakimiyyətinin təhlükəsizlik zəmanəti müqabilində hazırkı döyüş təmas xətti boyunca ərazi itirmədən atəşkəsə hazırdır. Bundan əlavə, Paris, Roma və Berlinin daxil olduğu Avropa turu zamanı Zelenski Avropa Ittifaqina sürətli qəbul üçün təminat axtarmağı planlaşdırır. Qeyd olunub ki, Ukrayna prezidentinin qarşısında "avropalıları öz siyasi planına inandırmaq" vəzifəsi durur. Materialda o, Yaponiya, Cənubi Koreya və Filippin modeli üzrə ABŞ-dan zəmanət almaq istədiyi də dəqiqləşdirilib.