CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 11 oktyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 11-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 11-də kimlər anadan olub?
Amitabh Baççan (1942) - hind aktyoru, kino prodüseri, televiziya aparıcısı və siyasətçidir. O, 3 Milli Film Mükafatı və 11 "Filmfare Awards" laureatıdır.
Amitabh Baççan
İqor Vernik (1963) - Sovet və Rusiya teatr və kino aktyoru, televiziya prodüseri, televiziya və radio aparıcısı, müğənni və RF xalq artistidir. O, "Rusiya-Mədəniyyət" telekanalının "Üzü"dür.
İqor Vernik
Lyuk Perri (1966-2019) - amerikalı aktyordur. O, "Beverli Hills, 90210", "Riverdeyl", "Simpsonlar" (1993), "Vill və Qreys" və s. filmlərdə rol alıb.
Lyuk Perri
Kardi Bi (1992) - ABŞ hip-hop müğənnisi, bəstəkarı və aktrisasıdır. O, 2015-ci ildən 2017-ci ilə qədər VH1 kanalında "Love & Hip Hop: New York" realiti-şousunun iştirakçısı olub.
Kardi Bi
11 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1887-ci ildə amerikalı ixtiraçı Tomas Edison seçkilərdə səslərin hesablanması üçün elektrik maşınını patentləşdirib.
1984-cü ildə ilk amerikalı qadın astronavt Ketrin Sallivan kosmosa çıxıb.
1998-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. Heydər Əliyev 76,1% səs toplayaraq yenidən respublikanın prezidenti seçilib.
2012-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq Qızlar Gününü təsis edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin