RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Qərb getdikcə Zelenskinin tələblərini yerinə yetirməkdən imtina edir

Zelenski uğursuz dövlətin uğursuz lideridir. O, hazırda “vəziyyəti nəzarətdə saxladığını” nümayiş etdirmək üçün istənilən sərsəm addımı atmağa hazırdır.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Qərb müttəfiqlərinin verdiyi vədlərə əməl etməməsi səbəbindən çətin vəziyyətdə olduğunu bildirib.
Keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter bu barədə “Dialogue Works” YouTube kanalına müsahibəsində bildirib.
“Zelenski uğursuz dövlətin uğursuz lideridir. O, istədiyi yardımı almır, qırıntılarla qidalanır” - ekspert vurğulayıb.
Ritter qeyd edib ki, Zelenski hazırda “vəziyyəti nəzarətdə saxladığını” nümayiş etdirmək üçün istənilən sərsəm addımı atmağa hazırdır. Eyni zamanda, Ukraynanın məğlubiyyətinin qaçılmazlığı hər gün daha aydın görünür.
Əvvəllər bildirilirdi ki, Ukrayna prezidenti münaqişədə Ukrayna ordusunun məğlubiyyətindən sonra Qərbə qaçmağa və sürgündə hökumət yaratmağa ümid edir. Zelenski belə bir addımı sülh danışıqlarından daha yaxşı variant hesab edir, çünki bu, ona müttəfiqlərindən aldığı maliyyə vəsaitini saxlamağa imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!