CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib

İdarə qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə bildirilib ki, yola çıxarkən ehtiyatlı olmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçmək, külək tutan açıq ərazilərdə ehtiyatlı olmaq, yağışlı havada daha çox ara məsafəsi saxlamaq, qəfil manevr və ya kəskin tormazlama etməmək lazımdır.
İdarə qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.
Qeyd edək ki, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.