BAKI, 10 oktyabr — Sputnik. Üç gündür İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Müşfiqabad-Yeni qəsəbə zonasına Kərbəla müsibəti yaşadır.
Bu barədə Sputnik Azərbaycan-a qəsəbə sakinlərindən Şərif Ağayar məlumat verib. O, bildirib ki, qurumun internetdəki telefonlarına da cavab verən yoxdur.
Sakin qeyd edib ki, COP29 Beynəlxalq İqlim Konfransı kimi beynəlxalq tədbir ərəfəsində suyun kəsilməsi heç də xoş hal deyil.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə Sputnik Azərbaycan-a bildirilib ki, bu, magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə bağlıdır.
"Artıq qəza baş verməsi səbəbilə aparılan təmir işləri başa çatıb. Hazırda suyun durulma prosesi gedir. Bu gün axşam saatlarından suyun hissə-hissə verilməsinə başlanılacaq. Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq", qurumdan bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.