BAKI, 10 oktyabr — Sputnik. Oktyabrın 10-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 10-da kimlər anadan olub?
Aida İmanquliyeva (1939-1992) - şərqşünas, ədəbiyyatşünas, tənqidçi və tərcüməçidir. O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və filologiya elmləri doktorudur.
Cüzeppe Verdi (1813-1901) - XIX əsrin italyan bəstəkarıdır. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. Bəstəkar 26 operanın, o cümlədən "Bal maskarad", "Rigoletto", "La Traviata" və "Aida" əsərlərinin yaradıcısıdır.
Cüzeppe Verdinin portreti
© AP Photo / Luca Bruno
Hülya Avşar (1963) – Türkiyə kino aktrisası, müğənni və teleaparıcıdır. O, "Qadağa", "İki qız", "Qadın istərsə" və s. filmlərdə rol alıb.
Hülya Avşar
© Photo : Social media page of Hulya Avşar
Pavel Durov (1984) - rusiyalı sahibkar və proqramçıdır. O, "Vkontakte" və "Telegram" sosial şəbəkəsinin yaradıcısıdır.
Pavel Durov
© AP Photo / Tatan Syuflana
10 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
680-ci ildə Kərbəla döyüşü və ya Kərbəla hadisəsi baş verib. Bu hadisə İslamın sünni və şiə qolları arasında parçalanmanın başlanğıcı kimi qiymətləndirilir.
1868-ci ildə ABŞ-ın dəstəyi ilə Kubanın İspaniyadan müstəqilliyi uğrunda təşkil olunmuş silahlı mübarizə başlayıb.
1865-ci ildə amerikalı Con Uesli Hayat bilyard topunu patentləşdirib.
1933-cü ildə dünyada ilk yuyucu vasitə ABŞ-da satışa çıxarılıb.
1993-cü ildən bəri bir çox ölkələr Ümumdünya Psixi Sağlamlıq Gününü qeyd edirlər.
2004-cü ildən Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günü qeyd edilir.
2006-cı ildə "Vkontakte" sosial şəbəkəsi fəaliyyətə başlayıb.