BAKI, 10 oktyabr — Sputnik. Nazirlər Kabineti "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edib, yeni ixtisaslar yaradılıb.
Sputnik Azərbaycanın xəbərinə görə, "Sənətşünaslıq, mədəniyyət və incəsənət" peşə istiqaməti üzrə" "030102 Kargüzarlıq" ixtisas qrupuna "Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis",
"II. "İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə" peşə istiqaməti üzrə" hissə üzrə "030206 Qaz avadanlıqlarının təmiri və istismarı" ixtisas qrupuna "Qaz təsərrüfatı qurğularının istismarı", "030208 İaşə xidməti" ixtisas qrupuna "Qida və içki üzrə nəzarətçi", "030213 Bələdçilik" ixtisas qrupuna "Turizm bələdçiliyi", "030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal" ixtisas qrupuna "Robototexnika", "030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti" ixtisas qrupuna "Veb proqram tərtibatçısı",
"III. "Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı" peşə istiqaməti üzrə" hissə üzrə "030301 Bitkiçilik" ixtisas qrupuna "Bağçılıq və tərəvəzçilik" və "Aqronomluq" ixtisasları əlavə edilib.
"030302 Kənd təsərrüfatı nəqliyyatı və elektrik avadanlığına xidmət" ixtisas qrupuna "Aqrar (fermer) təsərrüfatının təşkili", "030307 Meliorasiya və çilingər işləri" ixtisas qrupuna "Su təsərrüfatı qurğularının istismarı", "030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması" ixtisas qrupuna "Mebel dizayneri" ixtisasları əlavə olunub.
"IV. "Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları" peşə istiqaməti üzrə" hissəyə "030433 Geomatika" ixtisas qrupu əlavə edilib. Bu ixtisas qrupunda geodeziya və kartoqrafiya üzrə mütəxəssislərin hazırlanması yer alacaq.
"VI. "Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri" peşə istiqaməti üzrə" hissə üzrə "030601 Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı" ixtisas qrupuna "Dronların texniki xidməti və təmiri üzrə texnik", "030616 Hərəkət tərkibinin təmiri və xidməti" ixtisas qrupuna "Qatar elektromexaniki", "030624 Avtomobillərin təmiri - sürücülük" ixtisas qrupuna "Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik" ixtisasları əlavə edilib.
Yeni yaradılan "030635 Hava nəqliyyatı vasitələrinin texniki vəziyyəti" ixtisas qrupunda Nəqliyyat vasitələrinin texniki istismarı (hava nəqliyyatı üzrə) yer alacaq.
"VIII. "İlkin tələbat və qida məhsullarının texnologiyası" peşə istiqaməti üzrə" "Çörək və unlu qənnadı məmulatlarının texnologiyası" ixtisası əlavə edilib.
04.06.24, 09:31
Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüd iki dəfə azaldılır: Səbəb nədir?
Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüdün məbləği 2 dəfə azaldılır.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Məşğulluq haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq qurumun göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək. Hazırda isə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
Sənədin arayış hissəsində qeyd edilir ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.
Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı"nda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.
Bildirilib ki, bu dəyişiklik qəbul ediləcəyi təqdirdə qalan vəsait hesabına işğaldan azad edilmiş ərazilərdə daha çox şəxsin peşə hazırlığının təşkili mümkün olacaq.
"Məşğulluq haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, peşə hazırlığına cəlb olunanların təqaüdü dəyişməyə bilərdi:
"Amma əsas məqsəd peşə hazırlığına gedənlərin vaxt öldürməməsi, peşələrə yiyələnməsidir".
Hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaranacaq
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq: "Bu təqaüdün məbləğinin aylıq minimum əməkhaqqına bağlılığı saxlanacaq. Gələcəkdə minimum əməkhaqqı artanda bu təqaüd də artacaq. Beynəlxalq təcrübədə şəxslərə minimum əməkhaqqı məbləğində təqaüd ödənilməsi təcrübəsi yoxdur. Biz təqaüd xərcləri ilə yanaşı peşə hazırlığına cəlb olunmuş şəxslərin nəqliyyat xərclərini də təmin edirik. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədi daşımamalıdır, peşə hazırlığına cəlb olunan şəxs harada işləyəcəyini müəyyən etməlidir".
Qeyd edək ki, "Məşğulluq haqqında" qanuna görə peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və yeni ixtisasa (peşəyə) yiyələnmək üçün peşə təhsili almasıdır.
Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda 6 ayadək müddətdə həyata keçirilir.
Peşə hazırlığının təşkili zamanı şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.
Xatırladaq ki, bu il ölkədə minimum əməkhaqqı 345 manatdır.