Rusiya istehsalı olan "Kornet" tank əleyhinə raket kompleksləri planetin müxtəlif bölgələrində ən müasir, həmçinin bahalı Qərb və Şərq zirehli texnikası ilə müqayisədə texnoloji və döyüş üstünlüyünü nümayiş etdirir.
Bütün dünya oktyabrın 1-də İranın raket hücumuna qarşı İsrailin misli görünməmiş cavab reaksiyasına hazırlaşarkən, Qəzza zolağı, Yəmən və Livandan olan yaraqlılar hər gün Təl-Əvivə və TSAXAL-ın baza və mövqelərinə raket zərbələri endirirlər. "Hizbullah" raketləri İsrailin əsas Ramat David hava bazasını hədəfə alıblar. İsrailin Cənubi Livanda xüsusi hərbi əməliyyatı (XHƏ) başlayandan sonra (30 sentyabr) sərhəd döyüşlərində dünyanın bəlkə də ən qorunan hesab edilən İsrailin üç "Merkava" tankı tank əleyhinə raketlərlə məhv edilib.
Qeyd edək ki, TSAXAL-ın Livana sonuncu işğalı zamanı (2006) Rusiya istehsalı olan "büdcəli" "Kornet" Tank əleyhinə idarəolunan raketləri (TƏİR) "Hizbullah" hərəkatına hər bir ədədi 6 milyon dollara başa gələn "Merkava III" və "Merkava IV" tankları əhəmiyyətli dərəcədə məhv etməyə kömək edib. Ukrayna hərbi əməliyyatlar teatrında ABŞ və Avropanın təzə "Kornet" qənimətləri kolleksiyasına toxunmadan - onlarla məhv edilmiş "M1 Abrams", "Leopard 2" və "Challenger 22" tankları dünyanın döyüş effektivliyi baxımından Rusiya TƏİR-ləri ilə müqayisə edilmir.
Eyni zamanda İsrailin "Yedioth Ahronoth" nəşri 2024-cü ilin oktyabrında Cənubi Livana hücumun fəlakətli şəkildə inkişaf etdiyini, heyətin və hərbi texnikanın itkilərinin çox ciddi olduğunu yazıb. İsrailin Qəzza və Yəmənə endirdiyi zərbələri üçün ABŞ-ın bir il ərzində xərclədiyi 22 milyard dollardan çox vəsaiti gözlənilən sabitliyi doğrultmadı, baxmayaraq ki, bu, ABŞ-ın 1959-cu ildən İsrailə etdiyi ən əhəmiyyətli hərbi yardımdır.
Rəsmi məlumatlara görə, 12 ayda Qəzza zolağında 41 mindən çox mülki ərəb həlak olub və bu, ABŞ-ın Yaxın Şərqdəki "sərmayələrinin" və xarici siyasətinin əsas nəticəsidir. İranın aprel və oktyabr aylarında İsrail hərbi bazalarına iki kütləvi raket hücumu ABŞ-ın Tehranı eskalasiyaya sürükləməsinin və hətta öz nüvə bombasını yaratmağa "məcbur etməsinin" nəticəsi kimi görünür.
Dünyanın ən yaxşı "tank qatili"
Livanın "Hizbullah" hərəkatı "Kornet"ə ciddi şəkildə güvənir, çünki Rusiya kompleksi ağır "Merkava" tanklarını uzaq məsafədən inamla məğlub edir. 2006-cı ildə İsrailin ikinci işğalı ərəfəsində "Kornet-E" TƏİR-i iranlı general Qasım Süleymaninin vasitəçiliyi ilə Livana çatdırılıb. Kompleks döyüş meydanında fəal və səmərəli istifadə olunub. O, Yaxın Şərqdə sarsılmaz nüfuz qazanıb. Daha sonra Livan Rusiya silahlarının, o cümlədən "Kornet"in tədarükünə böyük maraq göstərib.
"Kornet" TƏİR-i texnoloji cəhətdən daha mükəmməl, istismarı daha asan və Qərb analoqlarından nəzərəçarpacaq dərəcədə ucuzdur. Məsələn, ABŞ-ın bir "Cavelin" TƏİR raketinin qiyməti 600 min dollardan çox, "Kornet" raketinin qiyməti isə 80 min dollardan aşağıdır. Eyni zamanda, ABŞ-ın bu texnikası dəqiqlik, məsafə və güc baxımından əhəmiyyətli dərəcədə geridə qalır. İnfoqrafiya digər Qərb analoqlarının reputasiyasını sözün əsl mənasında məhv edir.
Rusiya XHƏ zonasında "Kornet" inanılmaz effektivliyini təsdiqləyiv və bu təkcə zirehli texnikanın məhv edilməsində deyil. Belə ki, oktyabrın 8-də Krasnodar diyarından artilleriya desantlarından ibarət TƏİR ekipajı təxminən 8 km məsafədə Dnepr limanının sağ sahilindəki Ukrayna Silahlı Qüvvələrinin müşahidə və idarəetmə məntəqəsini idarə olunan raketlərlə vurub. Kompleksin effektivliyi kəşfiyyat PUA-ları ilə qarşılıqlı əlaqədə artır.
"Kornet" TƏİR 10 km-ə qədər məsafədə hədəfləri inamla vurur, tankların müasir aktiv və dinamik müdafiəsinə - tandem kumulyativ döyüş başlığına malik raketə nüfuz etməyə zəmanət verilir. Ya da uçan iki raket: birincisi müdafiəni zərərsizləşdirir, ikincisi isə zirehi deşir. Kompleks Tula konstruktorları tərəfindən müasir tanklarla mübarizə aparmaq üçün yaradılıb (1998-ci ildə Rusiyada istifadəyə verilib), lakin bu silah çoxfunksiyalıdır.
"Kornet" beton divarların qalınlığı 3,5 metrə qədər olan müdafiə strukturlarını darmadağın etməyə qadirdir, yalnız düşmənin şəxsi heyətini effektiv şəkildə məhv etmək üçün isə füqas hərəkətinin döyüş başlığına malik 9M133F raketi hazırlanıb. "Kornet"in müasir versiyaları 9M133FM-3 raketi ilə hava hədəflərini - 900 km/saat sürətlə və 9000 metrə qədər yüksəklikdə uçan düşmənin pilotsuz təyyarələrini (PUA, dron) və helikopterlərini vurmaq üçün istifadə edə bilir. Lazer yönləndirmə sistemi təkmilləşdirilir, TƏİR-in ən son modifikasiyası "atəş açdı - unutdu" prinsipini həyata keçirir. "Kornet" portativ versiyada və özüyeriyən şassidə istehsal olunur. "Tiqr" avtomobilinin bazasında 15 km-ə qədər lazer məsafəölçəni olan iki avtomatik buraxılış qurğusu quraşdırılıb.
Cənubi Livan mövzusuna qayıdaraq, biz əminliklə proqnozlaşdıra bilərik ki, "Kornetlər"in burada hələ çox döyüş işləri var. Pentaqonun rəhbəri Lloyd Ostin oktyabrın 7-də deyib: "Müdafiə Nazirliyi İsrailin təhlükəsizliyini təmin etmək, HƏMAS və digər fanatik qrupların terrorizmi ilə mübarizə aparmaq, İranın gözlənilən təcavüzünün qarşısını almaq və Yaxın Şərqdə sabitliyi və sülhü təşviq etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlıq etmək öhdəliyindən əl çəkməyəcək". Ostinbu sözlərlə faktiki olaraq TSAXAL-ın xüsusi əməliyyatının və "min illik" Ərəbistan-İsrail müharibəsinin davam etdirilməsinə zəmanət verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin