BAKI, 10 oktyabr — Sputnik. BMT-nin Bakıda keçiriləcək İqlim Konfransı zamanı optimallaşdırılmış nəqliyyat sxemi fəaliyyət göstərəcək.
Marşrutlarda avtobuslar, xüsusi avtobuslar və elektriklə işləyən taksilərdən istifadə olunacaq. Beynəlxalq tədbirin qonaqlarının rahatlığı üçün nəqliyyatın hərəkət edəcəyi küçələrdə xüsusi zolaqlar yaradılıb.
Konfransın "yaşıl" və "mavi" zonalarına birbaşa çıxış yalnız avtobuslarla mümkün olacaq. Oraya şəxsi avtomobillər və taksilər buraxılmayacaq.
Bakıda keçiriləcək COP29 zamanı nəqliyyatın necə işləyəcəyi haqqında ətraflı məlumat üçün video qrafikimizə baxın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.