BAKI, 10 oktyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın noyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim konfransına (COP29) sədrlik edən ölkə kimi Azərbaycana təzyiqlərinin artdığını açıqlayıb.
Bu barədə Rusiya mediası xəbər verib.
Diplomat bildirib ki, bu cür taktika hər il BMT konfransına sədrlik edən ölkəyə təzyiq göstərməyə və iqlim mövzusundan siyasi qol kimi istifadə etməyə çalışan ABŞ üçün "klassikdir".
"Hazırda biz uydurma bir bəhanə ilə konfransın sədri olan Azərbaycana qarşı təzyiqlərin necə artdığını görürük", Zaxarova bildirib.
Nazirliyinin rəsmi nümayəndəsi həmçinin hesab edir ki, bu halda söhbət təkcə suveren dövlətə təzyiq göstərməyin yolverilməzliyinin prinsipial mövqeyindən getmir.
Zaxarovanın sözlərinə görə, iqlim dəyişikliyi mövzusu "ABŞ-ın yalnız onlar üçün əlverişli olan həlli yeridmək üçün hər kəsin başına vuracağı siyasi dayaq deyil, bu mövzu mütəxəssislərin real cəlb edilməsini tələb edir".
Diplomat qeyd edib ki, məşhur iqlim dəyişikliyi mövzusu ətrafında süni həyəcan yaratmaq üçün bu cür məlumatlardan istifadə olunur, yalnız reallıqda ABŞ və digər Qərb ölkələri iqlimin maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılmasına faktiki olaraq mane olurlar.
"Ancaq düşünürəm ki, Azərbaycana təzyiq etmək faydasızdır. Azərbaycana müxtəlif məsələlərlə bağlı dəfələrlə təzyiq göstərilib", Zaxarova vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.