BAKI, 9 oktyabr — Sputnik. Avropa Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri təsdiqləsə, öz mövcudluğunu dayandıracaq.
Bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet "aif.ru"ya bildirib.
"Avropa olmayacaq, qitə yox olacaq və bəlkə də bütün bəşəriyyət yox olacaq" - siyasətçi bildirib.
Şeremet Qərbin nüvə dövlətləri ilə hərbi siyasi oyunlar oynamaq cəhdlərini ağılsız və təhlükəli adlandırıb.
"Ona görə də düşünürəm ki, bunların hamısı çox pis başa çatacaq və dünyamız son mərhələyə, bəlkə də son müharibəyə yaxınlaşacaq. Vəssalam" - deputat sözünü yekunlaşdırıb.
Daha əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirmişdi ki, Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirmək icazəsi münaqişənin mahiyyətini dəyişəcək.
Bu yaxınlarda Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə verilə bilər. Şeremet buna cavab olaraq deyib ki, Berbok kimi siyasətçilər dünyanı fəlakətə doğru aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.