BAKI, 9 oktyabr — Sputnik. Oktyabrın 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 9-da kimlər anadan olub?
Yevgeni Yevstiqneyev (1926-1992) - Sovet və Rusiya teatr və kino aktyoru, SSRİ xalq artistidir. O, "Qaqrada qış axşamı", "Avtomobildən ehtiyatlı ol", "Qızıl buzov", "Bəxt ziqzaqı", "Qoca quldurlar", "Baharın on yeddi anı" və s. filmlərdə rol alıb.
Yevgeni Yevstiqneyev
© Sputnik / Georgiy Ter-Ovanesov
Con Lennon (1940-1980) - ingilis rok musiqiçisi, müğənni, şair və bəstəkardır. O, "The Beatles" qrupunun yaradıcısı, həmmüəllifi, vokalçısı və ritm gitaraçısı kimi dünya şöhrəti qazanıb. XX əsrin ən populyar musiqiçilərindən biri olan Pol Makkartni ilə yaradıcılıq dueti pop mədəniyyəti tarixində ən uğurlusu olaraq qalır.
Con Lennon
© AP Photo
Barış Arduç (1987) - Türkiyə teatr və kino aktyorudur. O, "Kirayəlik sevgi", "Mənə görə narahat olmayın" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Bella Hadid (1996) - Fələstin-Holland əsilli ABŞ supermodelidir. O, "Bulgari" moda evinin səfiri və daimi simasıdır. Bella dünyanın ən məşhur və yüksək maaşlı modellərindən biridir.
Bella Hadid
© AP Photo / Invision / Vianney Le Caer
9 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1836-cı ildə Rusiyada Çarskoye Selo və Pavlovsk arasında atlı qatarın ilk sınaq səfəri baş tutub.
1970-ci ildən Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən təsis edilən Ümumdünya Poçt Günü qeyd edilir.
1981-ci ildə Fransa Prezidenti Fransua Mitteran ölkədə ölüm hökmünü qadağan edib.
1992-ci ildə Bakıda Azərbaycan Silahlı Qüvvələrinin ilk paradı olub.
2006-cı ildə Şimali Koreya ilk nüvə silahını sınaqdan keçirib.
2008-ci ildə Bakı metrosunun "Nəsimi" stansiyasının açılışı olub.
2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. İlham Əliyev 84,54% səs toplayaraq növbəti müddətə dövlət başçısı seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.