BAKI, 9 oktyabr — Sputnik. Böyük Britaniya, Almaniya, ABŞ və Fransa liderlərinin oktyabrın 12-nə planlaşdırılan görüşü Ramşteyn sammiti ilə birlikdə ləğv edilib. Bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.
"Liderlər səviyyəsində görüş Ramşteyndə baş tutmayacaq", - o deyib.
Hebestreit qeyd edib ki, görüş məsafədən baş tutmayacaq.
Bundan əvvəl "Spiegel" yazıb ki, Ukrayna üzrə təmas qrupunun Ramşteyn bazasında oktyabrın 12-də baş tutmalı olan görüşü ABŞ prezidenti Co Baydenin iştirak edə bilməsi üçün təxirə salınacaq. Bir gün əvvəl Bayden ABŞ-da baş verən Milton qasırğası səbəbindən Almaniyaya səfərini təxirə salacağını bildirmişdi.