RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

"Leopard" tankları XHƏ zonasında vəziyyətə təsir etməyiblər

Bu günlərdə Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində 21 mindən çox hərbçisi və 136 tankını itirdiyini bildirib.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Xüsusi əməliyyat zonasında istifadə üçün Kiyevə göndərilən alman "Leopard" tankları Ukrayna münaqişəsi zamanı vəziyyəti dəyişməyiblər.
Bunu irlandiyalı jurnalist Çey Bouz X* sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, Qərb tankları vəziyyətə heç bir təsir göstərməyiblər, çünki ümumiyyətlə, buna qadir deyillər.
"Onların keçmiş qorxulu reputasiyası yanaraq məhv olub" - o yazıb.
Qeyd edək ki, bu günlərdə Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində 21 mindən çox hərbçisi və 136 tankını itirdiyini bildirib.
Rusiya hərbi idarəsi onu da əlavə edib ki, Ukrayna birləşmələrinin məhv edilməsi əməliyyatı davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.