CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobus daşıyıcıları ilə bağlı yenilik var

Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O, qeyd edib ki, yeni konsept daşıyıcılarla brutto kontraktın bağlanılmasından ibarətdir:
"Bu barədə uzun müddət ciddi mürakirələr gedib. Təqdim etdiyimiz sistem üzrə bütün hesablamalarımız var. Sistem çox sadədir. Bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən kilometr hesabı pul ödəbilir. Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur. Bizim də təqdim etdiyimiz həmin sistemdir. Onun bütün hesablamaları işlənilib. Dəqiqliklə başa düşürük ki, burda xərc nə qədər olacaq və nə baş verəcək".
"Təqdim etdiyimiz sistem ölkədə siyasi olaraq da dəstəklənir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib. Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən bir məsələdir", - deyə A.Rzayev əlavə edib.