DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"3+3" platformasının Türkiyədə keçiriləcək iclasında o da iştirak edəcək

Sülhə nail olmaq məqsədi daşıyan "3+3" platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. İranın xarici işlər naziri Abbas Əraqçi regional "3+3" platformasının Türkiyədə keçiriləcək iclasında iştirak edəcək.
Bu barədə Türkiyənin "Sabah" qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollahzadəyə istinadən xəbər yayıb.
"Səfir bildirib ki, Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı sülhə nail olmaq məqsədi daşıyan "3+3" platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır və İranın xarici işlər naziri Əraqçi bu görüşdə iştirak edəcək", nəşr yazır.
"3+3" platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib.