CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 8 oktyabr

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. Oktyabrın 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər.
Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 8-də kimlər anadan olub?
Azad Rəhimov (1964 - 2021) - Azərbaycan dövlət xadimi, Azərbaycanın gənclər və idman naziri (2006 - 2021).
Azad Rəhimov
Marina Çvetayeva (1892 - 1941) - Gümüş dövrün rus şairəsi, nasir, tərcüməçi. Məşhur əsərləri "Mənim Puşkinim", "Ana və musiqi", "Köhnə Pimendəki ev", "Soneçka barədə povest" və s.
Marina Çvetayeva
Leonid Kuravlyov (1936 - 2022) - Sovet və Rusiya kino aktyoru, RSFSR xalq artisti. "Qızıl buzov", "Afonya", "İvan Vasilyeviç peşəsini dəyişir" və s. filmlərdə rol alıb.
Leonid Kuravlyov
Aleksandr Georgiyeviç (1946 – 2022) - Sovet fiqurlu konkisürəni, Olimpiya çempionu, altıqat dünya və Avropa çempionu, SSRİ-nin Əməkdar İdman Ustası. 2010-cu ilin iyunundan 2022-ci ilin noyabrına qədər - Rusiya Fiqurlu Konkisürmə Federasiyasının prezidenti. O, Moskvanın "Dinamo"sunda çıxış edib.
Altıqat dünya və Avropa çempionları Lyudmila Paxomova (solda) və Aleksandr Qorşkov (sağda)
Siqurni Uiver (1949) - Amerikalı aktrisa və prodüseri. "Yadplanetli", "Yadplanetli: Diriliş" və s. filmlərdə Ellen Ripli rolunu oynadıqdan sonra geniş populyarlıq qazanıb.
Siqurni Uiver
Mett Deymon (1970) - ABŞ aktyor, prodüser, ssenaristi, Oskar və iki Qızıl Qlobus mükafatı laureatı. "Doqma", "İstedadlı mister Ripli", "Ouşenin on bir dostu" və s. filmlərdə rol alıb.
Mett Deymon
Oktyabrın 8-də dünyada baş verən tarixi hadisələr
1480-ci ildə Rusiya knyazı III İvanın qoşunları ilə Böyük Orda xanı Axmat arasında "Uqra üzərində dayanma" başlayıb və bu, Rusiyanın monqol-tatar boyunduruğundan birdəfəlik azad edilməsi ilə başa çatıb.
1818-ci ildə ingilislər ilk dəfə döyüşdə boks əlcəklərindən istifadə ediblər.
1967-ci ildə Böyük Britaniyada ilk dəfə sürücülərdə spirtli içki aşkar etmək üçün borulardan istifadə edilib.
1999-cu ildən ÜST institutları tərəfindən Ümumdünya Görmə Günü kimi qeyd edilir.