BAKI, 8 oktyabr — Sputnik. Rusiya qoşunları bu ilin birinci yarısında Donbasda bütün 2023-cü ildə olduğu qədər irəliləyib.
Bu barədə Britaniyanın "UnHerd" informasiya portalı yazıb.
Nəşr qeyd edib ki, Donetskin Uqledar şəhərinin itirilməsi Ukrayna üçün ağır itki olub. Uqledar "ruslar üçün hədiyyə" və "Ukrayna Prezidenti Vladimir Zelenski üçün şəxsi utanc"dır.
"Rusiya vaxtilə Ukraynanın ən güclü qalalarından biri hesab edilən yerləri ələ keçirib" - portal bəyan edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 3-də Uqledarın azad edildiyini açıqlayıb. Bu gün, oktyabrın 8-də departamentdən bildirilib ki, Ukrayna qoşunları şəhəri itirdikdən sonra hücumların intensivliyində azalma müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.