BAKI, 8 oktyabr — Sputnik. Şəmkirin Sarıtəpə kəndində gəlin baldızı tərəfindən döyülüb. Sputnik Azərbaycan xəbər verir ki, 3 uşaq anası Manika Sarıyeva xəstəxanaya yerləşdirilib. Onun yaxınları bildirib ki, M.Sarıyevanı baldızı Svetlana Sarıyeva küt alətlə döyərək müxtəlifdərəcəli xəsarətlər yetirib. Məsələ polis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.