RUSİYA

Rusiya Xarici İşlər Nazirliyi nüvə doktrinasının yenilənməsinin səbəbini açıqlayıb

Rusiya rəqibləri arasında illüziyaları aradan qaldırmaq üçün nüvə doktrinasını yeniləyir.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. Rusiya nüvə doktrinasını ona görə yeniləyir ki, rəqiblərinin ölkənin təhlükəsizliyini təmin etməyə hazır olması ilə bağlı illüziyaları olmasın.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko "RİA Novosti"yə çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, Moskvada ölkənin strateji sabitliyinə, təhlükəsizliyinə və müdafiə qabiliyyətinə təsir edən amillərin məcmusu nəzərə alınır.
"Bu məqsədlə biz nüvə yayındırıcılığı sahəsində dövlət siyasətinin əsaslarını yeniləyirik ki, rəqiblərimizin Rusiyanın təhlükəsizliyini bütün mövcud vasitələrlə təmin etməyə hazır olmağımızla bağlı heç bir illüziyaları olmasın", Qruşko vurğulayıb.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Belarusa qarşı təcavüz aktı törədiləcəyi təqdirdə onu müdafiə etmək üçün nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Dövlət başçısı əlavə edib ki, Rusiyaya aerokosmik hücum olarsa və bu məlumat etibarlıdırsa, Rusiya tərəfindən da nüvə cavabı gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.