TƏHSİL

Qarabağ Universitetinin tələbələri üçün təcrübə müddəti 1 il ola bilər

Nazir gələcəkdə bu proqramın özünü doğruldacağını düşünür.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. "Qarabağ Universitetinin tələbələrinin bakalavr pilləsində ən azı 1 il təcrübə proqramının keçməsini planlaşdırırıq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, bununla bağlı müəllimlərə təklif etmək olar:
"Bizim istəyimiz odur ki, proqramın böyük bir hissəsi praktikadan ibarət olsun. Bu proqram gələcəkdə özünü doğruldacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.