Mətbuat mərkəzi

Lipetsk, Saratov və Tambovlu biznesmenlər azərbaycanlı sahibkarlarla necə əməkdaşlıq edir?

Lipetsk, Saratov və Tambov işgüzar dairələrinin nümayəndələri Bakıya nə ilə gəldikləri barədə oktyabrın 9-da, saat 11:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında məlumat verəcəklər.
Sputnik
Son günlərdə Rusiyanın müxtəlif regionlarından Azərbaycana gələn biznes-missiyaların sayı xeyli artıb. Bir çox müşahidəçilər bunu Rusiya regionlarının Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq istəyi ilə izah edirlər ki, bu da iki ölkənin ticarət-iqtisadi əməkdaşlığını əhəmiyyətli dərəcədə gücləndirir.
Hazırda Rusiya Federasiyasının 70-dən çox subyekti, o cümlədən Dağıstan, Tatarıstan, Moskva və Sankt-Peterburq, Həştərxan, Moskva, Sverdlovsk, Çelyabinsk vilayətləri Azərbaycanla əməkdaşlıq edir. Lipetsk, Saratov və Tambov vilayətlərinin nümayəndələri də həmkarlarından geri qalmamağa çalışırlar.
Lipetsk, Saratov və Tambov işgüzar dairələrinin nümayəndələri Bakıya nə ilə gəldikləri barədə oktyabrın 9-da, saat 11:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında məlumat verəcəklər:
Semyaninov Pyotr Vladimiroviç - Tambov vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri
Vasili Qoltsov - Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri
Dmitri Stepanov - Lipetsk vilayətinin İxraca Dəstək Mərkəzinin rəis müavini
Klyuçaryov Sergey Anatolyeviç - Saratov vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.