BAKI, 8 oktyabr— Sputnik. "Azərbaycanda sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinə ehtiyac yaranıb".
Bunu Milli Məclisin iclasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr ölkəmizdə cəngəllik qanunları ilə idarə olunur:
"İctimai rəy sosial şəbəkələr vasitəsilə manipulyasiya edilməkdədir. Artıq bir neçə inkişaf etmiş ölkə bununla bağlı qanunlar qəbul edib. Biz də bu barədə düşünməliyik".
Xatırladaq ki, bundan öncə də bir sıra deputatlar sosial şəbəkələrlə bağlı yeni qanun qəbul olunmasını təklif ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.