SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevlə Vladimir Putinin Moskva görüşünün detalları açıqlandı

Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Azərbaycan Prezidentini salamlayan Prezident Vladimir Putin deyib:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar, həmkarlar.
Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk.
Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.
Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır.
Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə,- bu isə açıq-aşkardır,- hər hansı düzəlişlər etmək imkanımız var.
Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.
Prezident İlham Əliyev deyib:
-Hörmətli Vladimir Vladimiroviç, bu gün görüşmək imkanına görə sağ olun, həmçinin dünənki nahar yeməyinə görə təşəkkür edirəm. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik etmək istərdim.
Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.
Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.
Görüşə görə bir daha sağ olun.
Prezident Vladimir Putin: Hörmətli İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik.
Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Sağ olun.
***
Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışıq. Dünən axşam qeyri-rəsmi olaraq münasibətlərimizin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik" - o, bildirib.

Putin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür.
"Həm enerji sektorunda, həm də infrastrukturun inkişafı sahəsində çoxlu sayda yaxşı, maraqlı layihələr var və onların hamısı perspektivli, real, canlı, ikitərəfli və çoxtərəfli layihələrdir" - Rusiya lideri bildirib.
Onun sözlərinə görə, sevindirici haldır ki, MDB dövlət başçılarının sammiti çərçivəsində cari məlumat, işlər haqqında məlumat mübadiləsi aparmaq və bu irəliləyişə müəyyən düzəlişlər etmək imkanı var: "Bu irəliləyiş isə göz qabağındadır".
Görüş çərçivəsində Rusiya lideri azərbaycanlı həmkarını BRİKS-in Kazanda keçiriləcək sammitində gözlədiyini deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.