CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Satışda təhlükəli qələmlər var-Valideynlərin nəzərinə! Foto

Teymur Mərdanoğlu qələmləri alarkən şagird və valideyinləri diqqətli olmağa səsləyib.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynləri diqqətli olmağa səsləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu öz sosial şəbəkə hesabında satışdakı qələmləri alarkən şagird və valideyinləri diqqətli olmağa, mağazalarda məktəblilərin psixologiyasına təsir edəcək silah formasında qələmlər satıldığını bildirib.
Satışda olan təhlükəli qələmlər
"Məktəb ləvazimatları satılan mağazalarda məktəblilərin psixologiyasına təsir edəcək silah formasında qələmlər satılır. Övladlarınızı bu tip ləvazimatlardan uzaq tutun. Bu qələmlər dərs vaxtı şagirdin diqqətinin dərsdən yayınmasına, eyni zamanda gələcəyimiz olan övladlarımızın düzgün istiqamətdən çəkinərək,meylini silaha salmasına səbəb ola bilər. Çalışın övladlarınıza qələm,kitab,dəftər alınarkən özünüz iştirak edin", deyə Komitə sözçüsü bildirib.