BAKI, 7 oktyabr — Sputnik. Almaniyanın "Siemens" şirkəti Türkiyədəki "Akkuyu" AES-ə avadanlıq tədarük etmək öhdəliyini pozub, şirkətlə danışıqlar nəticə vermədiyi üçün dost ölkələrdən alternativ avadanlıqlar alınıb, birinci partiya artıq çatdırılıb. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
O qeyd edib ki, Rusiyanın bütün səylərinə, eləcə də Türkiyə tərəfinin cəlb olunmasına baxmayaraq, danışıqlar konstruktiv nəticə vermədi və avadanlıqlar çatdırılmadı.
O qeyd edib ki, "Rosatom" Türkiyə rəsmiləri ilə birlikdə hazırda Sinopda AES-in tikintisi layihəsinin təfərrüatlarını da hazırlayır.
"Biz əminik ki, Akkuyu layihəsi üzrə mövcud təcrübə əsaslanaraq, Türkiyə tərəfinə optimal həll yolu təqdim edə biləcəyik", - Novak vurğulayıb.
Akkuyu AES Türkiyədə tikilən ilk atom elektrik stansiyasıdır. Akkuyu AES layihəsi Rusiya istehsalı olan qabaqcıl VVER-1200 3+ reaktorları olan dörd enerji blokundan ibarətdir. Hər bir enerji blokunun gücü 1200 MVt olacaq.