RUSİYA

NATO Kiyevi Yaxın Şərqdən gətirilmiş yaraqlılarla təmin edir - Narışkin

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, ABŞ-ın Suriya, İordaniya və İraq sərhədindəki "Ət-Tanf" hərbi bazası uzun müddətdir ki, "İslam Dövləti" qruplaşmasının "terror mərkəzinə" çevrilib.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. NATO ölkələrinin kəşfiyyat xidmətləri Kiyev tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün Yaxın Şərqdən silahlıları xüsusi hərbi əməliyyat zonasına köçürür. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
"Etibarlı məlumatlara görə, NATO ölkələrinin kəşfiyyat xidmətləri yaraqlıları Yaxın Şərq ölkələrinin ərazisindən xüsusi hərbi əməliyyat zonasına - Kiyev rejiminin tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün köçürür", Narışkin deyib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, ABŞ-ın Suriya, İordaniya və İraq sərhədindəki "Ət-Tanf" hərbi bazası uzun müddətdir ki, "İslam Dövləti" qruplaşmasının 500-ə yaxın tərəfdarının (Rusiyada qadağan olunub) yerləşdiyi "terror mərkəzinə" çevrilib.
"Rusiyanın Şimali Qafqaz respublikalarından, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərindən olan mühacirlərə üstünlük verilir, onlardan yaradılmış xüsusi dəstələr və mobil qruplar əsasən Suriyada, 2022-ci ildən isə Ukraynada Rusiya Silahlı Qüvvələrinin bölmələrinə qarşı, təxribat və terror aktları həyata keçirməyə çalışır", Narışkin vurğulayıb.