BÖLGƏ

MDB ölkələrinin XİN rəhbərləri məsləhətləşmələr planını təsdiqlədilər

Beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi zamanı nazirlər MDB formatında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. MDB ölkələrinin Xarici İşlər nazirliklərinin rəhbərləri Moskvada Birlik üzvlərinin Xarici İşlər Nazirləri Şurasının iclasında 2025-ci il üçün Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr planını təsdiqləyib. Bu barədə RİA Novosti xəbər verir.
Həmçinin, xarici əlaqələr idarələrinin rəhbərləri Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasında təsdiq üçün təqdim olunacaq bir sıra sənədləri təsdiqləyiblər.
Beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi zamanı nazirlər MDB formatında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Nazirlər Şurasının iclasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistanın nümayəndələri iştirak edirlər.
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2025-ci il aprelin 11-də Qazaxıstanda keçiriləcək.