Artıq Putini ad günü münasibətilə Nikaraqua prezidenti, Belarus və Türkmənistanın başçıları, həmçinin Moskva və bütün Rusiyanın Patriarxı Kirill təbrik ediblər.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də ad gününü iş mühitində qeyd edəcək. O, Birlik Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvaya gələcək MDB ölkələrinin rəhbərləri ilə görüşəcək və gün ərzində bir sıra işgüzar görüşlər keçirəcək.
Bu gün Vladimir Putinin 72 yaşı tamam olur.
Qeyd edək ki, Rusiya lideri ad gününü dəfələrlə iş yerində qeyd edib. Məsələn, 2020-ci ildə o, günün birinci yarısını ölkədaxili gündəmə və ondan çox sayda beynəlxalq telefon danışıqlarına həsr edib. Putin ənənəvi olaraq günün qalan hissəsini dostları və ailəsi ilə keçirib.
2021-ci il oktyabrın 7-də Prezident Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirib. 2022-ci ildə 70 illik yubileyində Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqda qeyri-rəsmi sammitə toplayıb.
Keçən il, doğum günündə Putin Qazaxıstan vasitəsilə Özbəkistana Rusiya qazının nəqlinə başlayıb. Hər iki ölkənin liderləri - Şavkat Mirziyoyev və Qasım-Jomart Tokayev Rusiya prezidentinin Moskva yaxınlığındakı iqamətgahına gəliblər. Putin, həmçinin son doğum gününü dostları və qohumları ilə qeyd etdiyini də bildirib.
Artıq Putini ad günü münasibətilə Nikaraqua prezidenti, Belarus və Türkmənistanın başçıları, həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirill təbrik ediblər.