SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası başlayıb

İclas çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.
Sputnik
BAKI, 7 oktyabr - Sputnik. Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
"Report"un verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir.
Qeyd edək ki, iclas çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.
İclasdan öncə nazirlər birgə foto çəkdirdilər. Daha sonra nazirlər mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclas keçirəcəklər. Bakı vaxtı ilə saat 14-də xarici işlər nazirləri şurasının plenar iclasının keçirilməsi planlaşdırılır. İclasdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və MDB-nin baş katibi Sergey Lebedevin birgə mətbuat konfransı keçiriləcək.
***
Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir C.Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.