PAYTAXT XƏBƏRLƏRİ

AYNA bu marşrutlar üzrə yenilik etdi

Bildirilib ki, avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın dayanıqlı fəaliyyətinin təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Mərdəkən qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın dayanıqlı fəaliyyətinin təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır.
"Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrutlar təhlil edilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Yeni Ramana yaşayış sahəsini "Koroğlu" metrostansiyası və "8-ci km bazarı" ilə əlaqələndirən 214 nömrəli marşrut üzrə sərnişin tələbatı nəzərə alınaraq avtobus sayı 24-ə çatdırılıb. Nəticədə avtobusların hərəkət intervalı azalıb".