Məşhur inanca görə, sosial şəbəkələrdə tanıtım - sosial şəbəkələrdən istifadə etməklə hədəf auditoriyanın diqqətini dərc edilmiş məlumatlara cəlb etmək prosesidir. Bu, insanların sosial mediada təbliğ olunan məlumat, məhsul və ya xidmətə cəlb edilməsidir.
Ancaq heç də hər kəs bunu necə edəcəyini bilmir. Axı, sosial şəbəkələrdə tanıtımın uğuru birbaşa müəyyən edilməli olan məqsədlərin başa düşülməsindən asılıdır. Yalnız sosial media təbliğatının köməyi ilə həll etmək istədiyiniz problemləri başa düşərək uğurlu strategiya hazırlaya bilərsiniz.
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzində oktyabrın 8-də saat 10:00-da SputnikPro təlim modulunda Sputnik layihələrinin yaxın qonşu ölkələrdə təbliği üzrə prodüser Anna Çura qarşıya qoyulan məqsədin öhdəsindən necə gəlməyib yolları barədə danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.