RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zelenski səbrini itirir və özünün Qərb müttəfiqlərinə "səsini ucaldır"

Uqledarın azad edilməsi Vladimir Zelenskiyə ciddi imic zərbəsi olub.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski səbrini itirir. Belə ki, o, Kiyevin Qərb müttəfiqlərinə "səsini ucaldır" və onları Ukrayna ordusuna uzaqmənzilli raketlərin verilməsini gecikdirməkdə ittiham edir.
Bu barədə "L'Express" xəbər verib.
Nəşrin məlumatına görə, Zelenski NATO-nun baş katibi Mark Rutte ilə söhbəti zamanı bir neçə aydır ki, Qərb müttəfiqlərindən narazı olduğunu bildirib.
Ukrayna prezidenti, həmçinin hesab edir ki, onun tənqidini nəzərə alaraq Qərb Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyası ərazisinin dərinliklərinə Qərb silahları ilə zərbə endirmək qərarını tez bir zamanda təsdiqləyəcək.
Bundan əlavə, Zelenski şikayət edib ki, Qərb ölkələri İranın raket və dronlarını ələ keçirməklə İsrailə kömək edirlər. Hərçənd Kiyev də müttəfiqlərindən də eynisini gözləyir, lakin, nədənsə, bu dəstəyi almır.
"Qərb ölkələri Moskva ilə münasibətlərin gərginləşməsindən ehtiyat edərək, bu cür vasitələrdən istifadə etmək istəmirlər. Bu, Rusiya ilə birbaşa münaqişəyə gətirib çıxara bilər" - nəşr yazıb.
Bundan əvvəl "Axmat" xüsusi təyinatlılarının komandiri Apti Alaudinov demişdi ki, Uqledarın azad edilməsi Vladimir Zelenskiyə ciddi imic zərbəsidir.