CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 6 oktyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Oktyabrın 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 6-da kimlər anadan olub?
Vera Kuznetsova (1907–1994) - Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR-in əməkdar artistidir. O , "Böyük ailə", "Yevgeni Onegin", "Mən səni sevirəm həyat" və s. filmlərdə rol alıb.
SSRİ xalq artisti Kirill Lavrov (solda) və aktrisa Vera Kuznetsova (sağda)
Valentina Panina (1946) - Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR-in əməkdar artistidir. O, "Ailəsiz", "Kişi portretləri" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Vinod Khanna (1946–2017) - Hindistan aktyoru, prodüser və siyasətçidir. O, 1968-2014-cü illərdə 140 filmdə rol alıb.
Vinod Khanna
6 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1790-cı ildə Cenevrə zərgəri Yakob Şvepp süni mineral suyun hazırlanması prosesini təqdim edib. 1889-cu ildə Parisdə məşhur "Mulen Ruj" kabaresi açılıb.
1977-ci ildə Sovet çoxməqsədli MiQ-29 qırıcısının ilk uçuşu baş tutub.
1948-ci ildə Aşqabadda baş verən 9-10 ballıq zəlzələ nəticəsində şəhər bütünlüklə dağılıb, txminən 150 min insan həlak olub.
1908-ci ildə Krit adası Osmanlı İmperiyasından ayrılaraq Yunanıstana birləşdiyini elan edib.