BAKI, 6 oktyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyinə "demək olar ki, əmindir".
Bu barədə o, "RİA Novosti"yə bildirib.
"Biz rusiyalı həmkarlarımla birlikdə bu görüşün nə vaxt keçiriləcəyini müəyyənləşdirəcəyik" – Qrossi deyib.
MAQATE rəhbəri diqqəti ona yönəldib ki, ölkə başçıları ilə görüşlər yaxşı planlaşdırılmalı və mühüm məqamlara cavab verməlidir.
Qrossi daha əvvəl Kursk AES yaxınlığında hərbi fəaliyyətə münasibət bildirərək, bunun nüvə və fiziki təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulamışdı.