BAKI, 6 oktyabr — Sputnik. Rusiya lideri Vladimir Putinin təmkinli taktikası Rusiyanın Ukraynadakı münaqişədə uğur qazanmasına səbəb olub.
Bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor qeyd edib. O, bu şərhi YouTube kanalı Deep Dive-də yayımlayıb.
Makqreqor Rusiya prezidentinin "həmişə ehtiyatlı və təmkinli olmağa meylli olduğunu və bunun hazırda Ukraynada çox yaxşı işə yaradığını" vurğulayıb.
Hərbi ekspert əlavə edib ki, hətta Qərbin verdiyi əhəmiyyətli köməyi nəzərə alsaq da, Ukrayna ordusu Rusiyanın heç bir istiqamətdə irəliləməsini dayandıra bilməyib.
Onun sözlərinə görə, Ukrayna münaqişə zamanı ciddi çətinliklərlə üzləşir.
Bundan əvvəl Zelenskinin ABŞ səfərindən Kiyevə əliboş qayıtdığı barədə məlumat verilmişdi.