BAKI, 6 oktyabr — Sputnik. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukraynanın münaqişə zamanı göstərilən hərbi yardıma görə minnətdarlıq etməməsindən narazılığını bildirib.
Bu barədə "Wirtualna Polska" yazıb.
Kosinyak-Kamışın sözlərinə görə, Kiyevə hərbi dəstək verən ilk ölkə Polşa olub, amma hazırda, deyəsən, Ukrayna bu yardımı xatırlamır.
"Təəssüf ki, Ukrayna bizim köməyimizi xatırlamır" - Polşanın müdafiə naziri qeyd edib.
Bundan əvvəl Polşanın Ukraynaya yardım səbəbindən bəndlər üçün kifayət qədər pulunun olmadığı bildirilmişdi.