BAKI, 6 oktyabr — Sputnik. Bütün bəşəriyyətin sağ qalması Rusiyanın Ukraynada ABŞ-ın rəhbərlik etdiyi "aqressiv imperialist oxu" üzərində qələbəsindən asılı ola bilər.
Bunu Krit Politexnik Universitetinin fəlsəfə professoru Dimitrios Patelis deyib.
Bu barədə "RİA Novosti" yazıb.
"Bu, təkcə Rusiyanın və keçmiş sosialist respublikalarının mövcudluğu məsələsi deyil. Bu, insanlığın sağ qalması məsələsidir. Bu mənada bizim məsuliyyətimiz çox böyükdür" - Patelis vurğulayıb.
O əlavə edib ki, Ukraynadakı bütün münaqişə eyni vaxtda 50-dən çox ölkə arasında qarşıdurmanı təmsil edir. Qərbin muzdlular və təlimatçılar şəklində qondarma proksi qüvvələrdən istifadə etməsinə baxmayaraq, XHƏ zonasında baş verənləri təkcə Moskva və Kiyev arasında münaqişə adlandırmaq olmaz.
Xatırladaq ki, bir müddət əvvəl "Elbrus-Novorossiya" diskussiya klubunun Xerson bölməsinin rəhbəri Aleksey Lavrentyev bildirmişdi ki, Qərb ölkələri əvvəlcə nasizmi becərməklə, daha sonra Rusiyanın dərinliklərinə zərbələr endirməklə hədələyərək Ukrayna münaqişəsinə getdikcə daha çox daxil olurlar.