BAKI, 4 oktyabr — Sputnik. NATO-ya dəvət almaq Ukrayna üçün çətin bir məqsəddir.
Bunu Vladimir Zelenski alyansın yeni baş katibi Mark Rutte ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Hazırda biz Ukraynanın ilk növbədə NATO-ya dəvət olunmasını təmin etməyə yönəlmişik. Bu, çox vacib addımdır, buna nail olmaq çətindir" - ukraynalı siyasətçi bildirib.
O, söz verib ki, Ukrayna hakimiyyəti alyansa dəvət almaq üçün əlindən gələni edəcək.
Zelenski, həmçinin bildirib ki, onun Ukrayna münaqişəsinə son qoymaq "planı" Rutte ilə görüşdə müzakirə mövzularından biri olub. Bundan əlavə, cəbhə xəttindəki vəziyyət və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları ilə bağlı məsələlərə baxılıb.
Bundan əvvəl "The Washington Post" yazıb ki, bir sıra ABŞ və avropalı siyasətçiləri Ukraynanın NATO-ya üzv olmaq ümidlərinə son qoymağı zəruri hesab edirlər.