BAKI, 5 oktyabr - Sputnik. İranın ali dini lideri Ayətullah Əli Xameneyi İsrailin hücumundan əvvəl “Hizbullah” lideri Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib.
Xameneyinin İsrailin hücumundan bir neçə gün əvvəl “Hizbullah” lideri Həsən Nəsrullaha xəbərdarlıq etdiyi üzə çıxıb.
Üç İran mənbəsi bildirib ki, Xamneyi həmçinin İsrailin Tehranda hökumətin yüksək pillələrinə sızmasından da narahatdır.
“Reuters“ə açılqama verən yüksək rütbəli İran rəsmisi sentyabrın 17-də “Hizbullah”ın hücumundan sonra Xamneyinin Nəsrullaha İrana qaçmaq üçün təcili mesaj göndərdiyini açıqlayıb.
Mesajda İsrailin “Hizbullah” daxilində agentlərinin olduğu və İsrailin Nəsrullahı öldürməyi planlaşdırdığı bildirilir(APA).