DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın səhhətindəki problemlər açıqlandı: Əqli çatışmazlığı var

Material yaşla bağlı əqli qabiliyyətlərin azalmasına, həmçinin "iyul sui-qəsd cəhdinin mümkün nəticələrinə" işarə edib.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Trampın səhhəti onun kampaniyasının cavab vermək istəmədiyi suallar doğurur.
Bu barədə "New York Times" ("NYT") məlumat yayıb.
Nəşr ekspertlərə istinadən qeyd edib ki, ABŞ prezidentliyinə namizədin ürəyində problemlər ola bilər. Bundan əlavə, material yaşla bağlı əqli qabiliyyətlərin azalmasına, həmçinin "iyul sui-qəsd cəhdinin mümkün nəticələrinə" işarə edib.
Həmçinin, Trampın bədən kütləsi indeksinin "piylənmə" diaqnozundan çox az aşağı olduğu deyilir. Üstəlik, əvvəlki tədqiqatlar zamanı respublikaçının yüksək xolesterol səviyyəsinə sahib olduğu aşkar edilib.
Qəzet siyasətçini komandasını onun səhhəti ilə bağlı yeni məlumatlar dərc etmədiyinə görə tənqid edib. Trampın prezidentlik müddətinin sonunda seçkidə qalib gələcəyi təqdirdə onun ABŞ-ın ən yaşlı rəhbəri olacağı vurğulanıb.
Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bildirib ki, Donald Tramp artıq Ukraynadakı münaqişənin həlli üçün danışıqlar aparır.