BAKI, 5 oktyabr — Sputnik. Oktyabrın 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 5-də kimlər anadan olub?
Xəyyam Mirzəzadə (1935–2018) - Sovet və Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artistidir. O, simfonik və kamera əsərlərinin, dramatik tamaşalar və filmlər üçün musiqilərin, lirik mahnıların müəllifidir.
Viktor Pavlov (1940–2006) - Sovet və Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. O, "Ağaclar böyüyəndə", "Sınaq", "Yollarda yoxlama", "Pasportu olmayan adam" və s. filmlərdə rol alıb.
Rusiyanın Xalq artisti Viktor Pavlov (solda) və aktrisa Natalya Qundareva
© Sputnik
İnna Çurikova (1943–2023) - Sovet və Rusiya teatr və kino aktrisası, SSRİ xalq artistidir. O, "Ana", "Başlanğıc", "Moskva dastanı" və s. filmlərdə bir çox obrazları canlandırıb.
İnna Çurikova
© Sputnik / Максим Блинов
Aleksandr Mixaylov (1944) - Sovet və Rusiya teatr və kino aktyoru, kinorejissor, RSFSR xalq artistidir. O, "Məhəbbət və göyərçinlər", "Kişilər!..", "Xüsusi təyinatlılar dəstəsi", "Rusiyanın ağ qarı", "Unudulmuş illərin əziz dostu" və s. filmlərdə rol alıb.
Mario Lemye (1965) - kanadalı hokkeyçi, mərkəz hücumçusu, uzun müddət olan kapitan və 1999-cu ildən "Pittsburq Pinqvinz" Milli Hokkey Liqası klubunun sahibidir.
Mario Lemye
© AP Photo / GARY TRAMONTINA
Qay Pirs (1967) - Böyük Britaniya və Avstraliya səhnə və kino aktyorudur. O, "Los-Ancelesin sirləri", "Xatırla", "Kral danışır!" və s. filmlərində rol alıb.
Qay Pirs
© Vianney Le Caer / Invision / AP
Keyt Uinslet (1975) - ingilis kino aktrisasıdır. O, "Oskar", "Qızıl Qlobus", BAFTA mükafatları laureatıdır. Aktrisa "Titanik", "Lələklər", "Eniqma", "Hamlet" və s. filmlərdə maraqlı obrazları oynayıb.
Keyt Uinslet
© Evan Agostini / Invision / AP
Ramzan Kadırov (1976) - 2007-ci ildən Çeçenistan Respublikasının rəhbəridir.
Cesse Ayzenberq (1983) - amerikalı səhnə və kino aktyorudur. O, "Sosial şəbəkə", "Dünyanı xilas etməyi bitirəndə", "Əsl ağrı" və s. filmlərdə rol alıb.
Cesse Ayzenberq
© AP Photo / Matt Sayles
5 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1967-ci ildə Britaniya Tennis Assosiasiyası həvəskar və peşəkar idmançılar arasındakı fərqi aradan qaldırmağı və yarışın hər kəs üçün açıq olmasını təklif edib.
1994-cü ildən Ümumdünya Müəllimlər Günü qeyd olunur.
1999-cu ildə Londonun Paddinqton stansiyası yaxınlığında qatar qəzası baş vermiş, burada 31 nəfər həlak olub.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklikləri işğaldan azad edib.