DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya iqtisadi cəhətdən Qərbə qaytarılmalıdır – Pompeo

Pompeonun fikrincə, Ukraynadakı münaqişə sona çatarsa, Qərb dövlətləri "Rusiyanı geri qaytarmağa" başlayacaq.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və ABŞ Dövlət Departamentinin keçmiş direktoru Mayk Pompeo söhbətdə özlərini afrikalı məmur kimi təqdim edən rusiyalı prankerlər Vovan və Leksusa (Vladimir Kuznetsov və Aleksey Stolyarov) deyib ki, Rusiya iqtisadi cəhətdən Qərbə qaytarılmalıdır.
Söhbətin videosu prankerlərin "Telegram" kanalında yayımlanıb.
"Biz Rusiyalıları Asiya modelinə deyil, Avropa modelinə geri çəkməliyik... Rusiya Federasiyasının Qərbdən uzaqlaşmasının və Çinlə yaxınlaşmasının qarşısını almalıyıq" - Pompeo bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə sona çatarsa, Qərb dövlətləri "Rusiyanı geri qaytarmağa" başlayacaq və "onlardansa, bizimlə daha yaxşı" olduğuna inandırmağa cəhd edəcəklər.
Pompeo, həmçinin ümid etdiyini bildirib ki, gələcəkdə Rusiya Federasiyası Qərb ticarət sisteminin bir hissəsi olmaq istəyəcək.
Yeri gəlmişkən, Kreml bundan əvvəl bəyan etmişdi ki, ABŞ-ın anti-Rusiya sanksiyaları dünyada ticarət və iqtisadiyyatın əsaslarını sarsıdır. Həmçinin beynəlxalq hüquq baxımından da məhdudiyyətləri qeyri-legitim adlandırılıb.