NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın "qara qızıl"ı bir gündə 2 dollar bahalaşdı

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,43 ABŞ dolları və ya 1,78% artaraq 81.47 dollara bərabər olub.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,43 ABŞ dolları və ya 1,78% artaraq 81.47 dollara bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 80,04 dollara ticarət edilib.
27.09.24, 12:53
Neft bazarında təlatüm: Azərbaycanın "qara qızıl"ı büdcədə nəzərdə tutulan qiymətə enib
Neft qiymətləri ardıcıl üçüncü gündür ucuzlaşır. İnvestorlar diqqətini Liviya və "OPEC plyus"un hasilatın artması gözləntilərinə yönəldib.
"Brent" markalı neft 20 sent ucuzlaşaraq 71,40 dollara, ABŞ-nin Qərbi Texas nefti 14 sent azalaraq 67,53 dollara düşüb. Həftəlik əsasda "Brent" markalı neft 4%, "WTI" isə 6% dəyər itirib.
"Azeri Light" markalı Azərbaycan nefti 2,51 dollar azalaraq 75,43 dollar təşkil edib.
"Financial Times" xəbər verir ki, Səudiyyə Ərəbistanı hasilatı artırmağa hazırlaşdığı üçün qeyri-rəsmi 100 dollar/barel qiymət hədəfindən imtina etməyə hazırlaşır. Bu, neft qiymətlərinin əvvəlki sessiyada 3% aşağı düşməsinə səbəb olub. Neft qiymətləri sessiyanın əvvəlində yüksəlib, çünki ABŞ-də yanacağa tələbatın artması və ehtiyatların azalması əlamətləri, xüsusən də Çində qlobal tələb perspektivləri ilə bağlı narahatlıqları örtüb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
21.09.24, 12:09
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,44 % azalaraq 77,86 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
20.09.24, 11:21
Neft qiymətləri ucuzlaşıb - Nə baş verir?
Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə edilir. ABŞ Mərkəzi Bankı faiz dərəcələrini azaldandan sonra dünən qiymətlər 1%-dən çox artıb. Lakin bu gün qiymətlər aşağı düşüb. Faiz dərəcələrinin azaldılması adətən iqtisadi aktivliyi və enerji tələbini artırır, lakin bəziləri bunu ABŞ-nin əmək bazarının zəif olmasının əlaməti kimi də görür.
Bu gün 26 sent və ya 0,4% ucuzlaşaraq 73,62 dollara satılan "Brent" markalı neft bu həftə 4,3% dəyər qazanıb. 15 sent və ya 0,2% azalaraq 71,80 dollar olan ABŞ-nin Qərbi Texas (WTI) nefti həftəlik 4,8% dəyər qazanıb.
Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycanın neftinin qiyməti isə artıb. Azərbaycan neftinin qiyməti 1,6% və ya 1,23 dollar artaraq 78,20 dollar olub.
Çinin yavaşlayan iqtisadiyyatı qiymətlərə təsir edib. Çinin sənaye istehsalının artımı keçən ay beş ayın ən aşağı səviyyəsinə enib. Bu da qiymətlərə aşağı yönlü təsir göstərir.
Sentyabrın 18-də ABŞ Federal Ehtiyat Sistemi (FED) 2020-ci ildən bu yana ilk dəfə uçot faiz dərəcəsini endirib. FED gözlənildiyi kimi uçot faiz dərəcəsini 5.50%-dən 5.25%-ə endirib. Bu da iqtisadçıların proqnozuna uyğundur. Qərar ABŞ-da iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.